RESPUBLIKA ŞAHMAT OLIMPIADASI SONA ÇATDI
Balakən rayonunda 16 yaşadək yeniyetmə və gənclər arasında şahmat üzrə respublika olimpiadası keçirilmişdir. “A” və “B” qrupları üzrə keçirilən yarişlarda 396 nəfər idmançı (onlardan 99 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar 11 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Yekun nəticələrə əsasən şəxsi hesabda “A” qrupunda 16 yaşadək oğlanlar arasında I yeri 10 xalla Bayramov Elxan (Bakı – 1 №–li İOEUGŞDİM), II yeri 8,5 xalla Zeynallı Miradil (Bakı – RİOEUGŞM), III yeri 8,5 xalla Bayramov Elvin (Quba), 16 yaşadək qızlar arasında I yeri 8,5 xalla Əmrayeva Aytən (Bakı – RİOEUGŞM), II yeri 8 xalla Bağırova Xatın (Bakı – 1 №–li İOEUGŞDİM), III yeri 7 xalla Əhmədova Fatimə (Bakı – 1 №–li İOEUGŞDİM), 14 yaşadək oğlanlar arasında I yeri 8 xalla Qasımov Pərviz (Naxçıvan – UGŞİM), II yeri 7,5 xalla Əsədli Vüqar (Bakı – RİOEUGŞM), III yeri 7,5 xalla Nağdıyev Niyazi (Bakı – 1 №–li İOEUGŞDİM), 14 yaşadək qızlar arasında I yeri 7 xalla Kərimzadə Nərmin (Bakı – RİOEUGŞM), II yeri 6,5 xalla Abbasova Aynur (Bakı – RİOEUGŞM), III yeri 6,5 xalla Mirzəzadə Nəzrin (Lənkəran), “B” qrupunda 12 yaşadək oğlanlar arasında I yeri 9,5 xalla İbrahimli Murad (Sumqayıt), II yeri 9,5 xalla Cəfərli Babək (Gəncə), III yeri 9 xalla Qarayev Kənan (Bakı – 2 №–li UGŞİM), 12 yaşadək qızlar arasında I yeri 8,5 xalla Mustafazadə Nigar (Bakı – RİOEUGŞM), II yeri 8 xalla Həsənzadə Ülkər (Bakı – RİOEUGŞM), III yeri 8 xalla Məmmədova Süsən (Ucar), 10 yaşadək oğlanlar arasında I yeri 9 xalla Məmmədov Sadiq (Naxçıvan – UGŞİM), II yeri 9 xalla Muradlı Məhəmməd (Bakı – 1 №–li İOEUGŞDİM), III yeri 8,5 xalla Mustafayev Fərid (Bakı – 1 №–li İOEUGŞDİM), 10 yaşadək qızlar arasında I yeri 8,5 xalla Beydullayeva Gövhər (Bakı – HRŞDK), II yeri 7,5 xalla İsmayıl Mələk (Sumqayıt), III yeri 7,5 xalla Rzalı Səbinə (Sumqayıt), 8 yaşadək oğlanlar arasında I yeri 8 xalla Süleymanlı Aydın (Bakı – RİOEUGŞM), II yeri 8 xalla Babazadə Xəzər (Biləsuvar), III yeri 7,5 xalla Əliyev Sənan (Bakı – RİOEUGŞM), 8 yaşadək qızlar arasında I yeri 7,5 xalla Allahverdiyeva Ayan (Bakı – 1 №–li İOEUGŞDİM), II yeri 7 xalla Kərimli Jalə (Sumqayıt), III yeri 6,5 xalla Behbudova Bikəxanım (Quba), komanda hesabında “A” qrupunda I yeri Bakı – RİOEUGŞM (33 xal – əmsal 314), II yeri Baki – 1 №–li İOEUGŞDİM (33 xal – əmsal 305,5), III yeri Bakı – 2 №–li UGŞİM (28 xal), “B” qrupunda I yeri Sumqayıt (33,5 xal – əmsal 321), II yeri Baki – 1 №–li İOEUGŞDİM (33,5 xal – əmsal 297), III yeri Bakı – RİOEUGŞM (32,5 xal) komandaları tutmuşlar. Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri, pul mükafatları və kuboklarla təltif edilmişlər.