“Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizi altında keçirilən IV hərbi vətənpərvərlik düşərgəsinə yekun vuruldu
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Gənclərin Töhvəsi” İctimai Birliyi və “Təxlis Olunmuş Hərbiçiləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır” hərbi vətənpərvərlik düşərgəsinin üçüncü günündə proqrama uyğun olaraq gənclər Şamaxıda yerləşən N saylı hərbi hissədə olmuşlar. Hərbi hissə rəhbərliyi tərəfindən qarşılanan gənclər ilkin olaraq hərbi hissənin ərazisini gəzdikdən sonra, əsgərlərin şəraiti ilə maraqlanıblar.
Daha sonra gənclər Şamaxıda yerləşən Elmlər akademiyasının nəznində fəaliyyət göstərən “Şamaxı Astrofizika Rəsədxanası”na ekskursiya ediblər. Rəsadxananın elmi işçisi tərəfindən qarşılanan gənclərə ilkin olaraq rəsədxana haqqında məlumatlar verilib. Rəsadxananın fəaliyyəti haqqında məlumatlanan gənclər, göy cisimlərini də müşahidə ediblər.
“Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır” hərbi vətənpərvərlik düşərgəsinin sonuncu günündə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli gənclərlə görüş keçirdiblər. Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gəncləri salamlayarar düşərgənin əhəmiyyətindən söz açıb. O, cənab prezident İlham Əliyevin gənclərə verdiyi dəyərdən, onlar üçün yaradılan şəraitdən, gənclərin səmərəli istifadə etməli olduğunu vurğulayıb. Raqif Abbasov düşərgənin məqsədinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası, çağırış yaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili olunmasından ibarət olduğunu qeyd edib: “İctimai, siyasi fəaliyyətdə gənclərin rolu böyükdür. Gənclər və idman nazirliyinin bu kimi bir çox layihəsi var. Bütün bu tədbirıər gənclərin maariflənməsinə onların liderlik qabiliyyətlərinin üzə çıxarılmasına xidmət edir. Hər bir dövlətin gücü onun güclü əsgərlərindədir. Düşərgəmizin də məqsədi məhz bu ideyaya xidmət edir. Güclü gənclərimiz həm də güclü əsgərlərimizdir.”
Tədbirin sonunda fəallıq göstərən gənclərə sertifikatlar və diplomlar verilib.