Basketbol üzrə “Baku Open-2013” turniri keçirildi.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 2013-cü il avqustun 6-da Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı məktəbin idman meydançasında  basketbol üzrə “Baku Open-2013” turniri keçirildi. Turnirdə oğlanlardan və qızlardan ibarət 23 komanda iştirak edirdi.

Bu yarışda qızlardan ibarət 12-16 yaş qrupunda “Neftçi” İSM-nin 4 komandası qarşılaşdı. Turnirin qalibi dairəvi sistemlə müəyyən olundu.
I yer Neftçi-2
II yer Neftçi-1
III yer Neftçi-3
IV yer Neftçi-Məşəl
Oğlanlardan ibarət U15 qrupunda 8 komanda iştirak edirdi. Komandalar iki qrupda dairəvi sistemlə mübarizəni aparıblar. Hər qrupdan I və II yerləri tutan komandalar yarımfinala çıxdı. Finalda III yer uğrunda “Grazy Team” 2-1 hesabıyla “Street Dribblers” komandasını uddu. I yer uğrunda görüşdə “Atena” komandası 3-1 hesabıyla Sabuncu Uşaq Gənclər İdman Məktəbin yetirmələrınə qalib qəldi.
I yer “Atena”
II yer Sabunçu UGİM
III yer “Grazy Team”
IV yer “Street Dribblers”
Oğlanlardan ibarət U18 qrupunda 11 komanda mübarizəyə qoşulmuşdu. Komandalar 4 qrupda dairəvi sistemlə yarışdılar. Hər qrupdan iki komanda 1/4 finala cıxdı. Finalda III yer uğrunda “The Mubareks” 6-4 hesabıyla “Street kihgs” komandasını uddu. I yer uğrunda görüşdə “Sabuncu UGİM-1″in yetirmələri gərgin mübarizədə 4-5 hesabıyla “Renat” komandasına uduzdu.
I yer “Renat”
II yer Sabunçu UGİM-1
III yer “The Mubareks”
IV yer “Street kihgs”
Qaliblər ABF-in pul mükafatı və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və diplomları ilə təltif edildilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir