Şahmat üzrə Respublika Olimpiadası keçirilir
15 iyul 2012-ci il tarixdən Qusar rayonunda yerləşən Olimpiya İdman Kompleksində şahmat üzrə 16 yaşadək gənclər arasında Respublika Olimpiadası keçirilir. 480-ə yaxın idmançı (onlardan 95 nəfəri qızlardır) respublikanın 44 şəhər və rayonunu təmsil edir. Yarışlar 12 yaşadək idmançılar arasında “B” və 12 yaşdan yuxarı idmançılar arasında “A” qrupları üzrə keçirilir. Respublika Olimpiadasında iştirakçılar arasında Bakı şəhərini təmsil edən idmançılar üstünlük təşkil edir. Belə ki “A” və “B” qruplarında RİOEUGŞM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 16 №-li UGİM-i təmsil edən 200 nəfər (onlardan 40 nəfəri qızlardır) paytaxat idmançısı mübarizə aparır. Yarışların 5 turundan sonra “A” qrupunda 5 xalla Bayramov Elxan (Bakı – 1 №-li İOEUGŞDİM) və Bayramov Elvin (Quba), “B” qrupunda 5 xalla Nağdıyev Niyazi, Muradlı Məhəmməd (Bakı – 1 №-li İOEUGŞDİM), İmanov Asim, Mustafin Andrey (Bakı – 2 №-li UGŞİM) və Əliyev Rəvan, Məmmədli Elçin (Sumqayıt) liderlik edirlər.