Nərmin Məmmədovanın növbəti uğuru
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şahmat üzrə dəfələrlə respublika və Avropa mükafatçısı Nərmin Məmmədova Çexiyanın Pardubiçe şəhərində keçirilən OPEN turnirdə iştirak etmək üçün ezam olunmuşdur. 20 ölkəni təmsil edən 230 idmançının iştirak etdiyi bu mötəbər yarışda N. Məmmədova gözəl oyun nümayiş etdirərək qadınlar arasında I yeri tutmuş və aktivinə 60 əmsal artırmışdır.