Qaradağ rayonunda məhəllə futboluna yekun vuruldu
Lökbatan qəsəbəsində yerləşən Təlim-İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəmil Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnirə yekun vurulmuşdur. 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir. Turnirdə I yeri Neftçi komandası, II yeri Lökbatan komandası, III yeri Çempion komandası tutmuşdur. Final oyunlarından sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişdir. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar