“BAKU OPEN – 2013” BEYNƏLXALQ ŞAHMAT FESTIVALINA START VERILDI
7 sentyabr 2013-cü il tarixdən Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN — 2013” beynəlxalq şahmat festivalının uşaq turniri başlanmışdır. 2001-ci il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Ağdam, Cəbrayıl, Ağdaş, Tovuz, Biləsuvar, Tərtər, Xızı şəhər və rayonları ilə yanaşı Qazaxstan Respublikasını təmsil edən 120 nəfər idmançı (onlardan 23 nəfəri qızlardır) iştirak edir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir. Turnirə 15 sentyabr tarixində yekun vurulacaqdır.