ilk dəfə məktəbə gedən uşaqlara məktəb ləvazimatları paylanmışdır.
11 sentyabr 2013-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2013-2014-cü tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov ilk növbədə bu il Bakı şəhərində məktəbə gedən bütün uşaqları salamlamış, onlara gələcək dərslərində müvəffəqiyyət arzulamışdır. Raqif Abbasov ölkəmizdə aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının ilbəil artdığını, bunun bir siyasət kimi artıq bir neçə il həyata keçirildiyini və dövlətin bütün aztəminatlı ailələrin eləcədə sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqların əsas dayağı olduğunu qeyd etmişdir.
Raqif Abbasov çıxışında onu da bildirmişdir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi artıq 7 ildir ki, ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verilmiş və gələcəkdə də bu kimi tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır.
Tədbirdə Bakı şəhərində yaşayan aztəminatlı və valideyn himayəsindən məhrum olmuş 150 nəfər ilk dəfə məktəbə gedən uşaqlara Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanmışdır.