Baş İdarənin rəisi Minskdə “Şəhər günü” tədbirlərində iştirak etmişdir.

Belorusiya Respublikasının Minsk şəhər İcra Komitəsinin və Minsk şəhər İdman və Turizm İdarəsinin dəvəti ilə “Şəhər günü” münasibəti ilə  MDB dövlətlərinin idman idarələrinin I toplantısı keçirilmişdir. Toplantıda iştirak etmiş  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov respublikada və paytaxtda idman sahəsi üzrə görülən işlər haqqında danışmış, 2015-ci ildə Azərbaycanda keçiriləcək I  Avropa Yay oyunları, 2017-ci il İslam Həmrəylik Oyunları və s mötəbər yarışlar haqqında geniş məlumat vermişdir.  Səfər zamanı Minsk İcra Komitəsinin , Minsk Olimpiya Komitəsinin, Minsk şəhər İdman və Turizm İdarəsinin rəhbərliyi və nümayəndələri ilə işgüzar görüşlər zamanı əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılmışdır. Belorusiya Respublikasının paytaxt şəhərində idman qurğularına baxış keçirilmiş və idman mütəxəsisiləri ilə görüşlər təşkil edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir