Qaradağda 9 oktyabrda keçiriləçək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş olub.
Qaradağ rayon Gənclər və İdman İdarəsi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirilib. Bakı şəhər Gənclər və İdma Baş İdarəsinin rəisi Raqif Abbasov ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib. R. Abbasov qarşıdan gələn seçkilərdə gənclərin böyük fəallıq nümayış etdirəcəyinə , ilk dəfə səs verəcək qaradağlı gənclərin də, xüsusilə , fəallıq göstərəcəyinə əminliyini ifadə edib. Tədbirdə iştirak edən digər rəsmi şəxslər də Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, dövlətin məqsədyönlü tədbirləri gənclərin inkişafına, onların kreativ bir qüvvə kimi ölkə həyatında fəal iştirakına əsaslı zamin yaradacağıni vurğulamışlar.
Görüşün sonunda elm, mədəniyyət, idman və digər sahələrdə fərqlənmiş bir qrup gəncə diplom və hədiyyələr təqdim edilmiş
dir.