İslam Həmrəyliyi Oyunlarında beş medal qazanmış Azərbaycan karateçiləri Bakıya qayıtmışlar

İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Azərbaycan karateçiləri sentyabrın 27-də Bakıya qayıtmışlar.
Heydər Əliyev beynəlxalq aeroportunda idmançılarımızı qarşılayan ölkə ictimaiyyətinin, Gənclər və İdman Nazirliyinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, idman həvəskarları komandamızı bu qələbə münasibətilə təbrik etmişlər.
Xatırladaq ki, Azərbaycan karateçiləri bu yarışlarda 2 qızıl və 2 gümüş medal qazanmışlar. Azərbaycan karateçilərinin daha bir uğuru isə onların komanda hesabında qazandığı qələbə olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir