“ Beynəlxalq Sülh Günü” münasibəti ilə asfalt üzərində rəsm işlərindən ibarət müsabiqə keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “ Beynəlxalq Sülh Günü” münasibəti ilə Suraxanı rayonunda yerləşən 7 saylı Uşaq Evində asfalt üzərində rəsm işlərindən ibarət müsabiqə keçirilmişdir. Müsabiqədə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov və uşaq evinin müdirəsi Afaqət Əsgərova da iştirak etmişdir. Uşaqlarin əl işlərinə baxış keçirildikdən sonra işlərində fəqrqlənmiş uşaqlar Baş İdarə tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.