“Marş irəli” devizli VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.

Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 244 saylı orta məktəbin idman meydançasında rayon məktəbliləri arasında Payız çağırışına həsr olunmuş     “Marş irəli” devizli VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 23 komanda tərkibində 115 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə I yerə 244 saylı orta məktəb, II yerə 267 saylı orta məktəb, III yerə isə 126 saylı orta məktəb layiq görülmüşdür. Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir