Binəqədi rayonunda Xəmsə milli intellektual oyunu keçirildi.
Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi və elmi potensiallarının inkişaf etdirilməsi məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonu 102 saylı tam orta məktəbdə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu keçirilmişdir. Yarışda 14 komanda tərkibində 70 nəfər şagird təmsil olunmuşdur. Dörd saat davam edən yarışın nəticələrinə görə 83 saylı məktəb-liseyin komandası I, 143 saylı tam orta məktəbin komandası II, 3 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.