Futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı şəhər stadionlarında futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir.Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 2o3 nəfər yeniyetmə futbolçu iştirak etmişdir.
Yarimfinala çıxan Nərimanov və Qaradağ rayon komandaları arasında keçirilən oyunda 4:3 hesabı ilə Nərimanov rayon komandası, Binəqədi və Xəzər rayon komandaları arasında keçirilən oyunda isə 1:2 hesabı ilə Xəzər rayon komandası qalib gəlmişdir.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən gərgin oyundan 0:1 hesabı ilə Xəzər rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Binəqədi və Qaradağ komandaları arasında keçirilən oyunda 0:4 hesabı ilə Qaradağ rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Xəzər” komandası, 2-ci yerə “Nərimanov” komandası, 3-cü yerə isə “Qaradağ” komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  kubok, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir