Təmas xəttində yerləşən N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş
11 iyul 2012-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsü ilə İctimai Birliklərin, QHT-nin, TGT-nin və media nümayəndələrinin iştirakı ilə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti ilə görüş təşkil olunmuşdur.
İlk öncə görüş zamanı Baş İdarənin rəisi Raqif Abbasov və qonaqlar hərbi hissəni gəzərək, əsgərlərin xidmət şəraiti ilə tanış olublar.
Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli əsgərlər qarşısında çıxış edərək Azərbaycan dövlətinin və Ali Baş Komandan İlham Əliyevin daima orduya göstərdiyi diqqət və qayğıdan söz açmış, ordunun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində çox mühüm addımların atıldığını vurğulamışlar.
Sonra xidmətində fərqlənmiş bir qrup əsgər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xüsusi hazırlanmış fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olundular.
Bundan sonra tanınmış müğənnilərin ifasında konsert proqramı təşkil olunmuşdur.
Sonda Baş İdarənin kollektivi və qonaqlar hərbi qospitalda müalicə olunan və təmas xəttində yerləşən mövqelərimizdə döyüş növbəsində olan əsgərlərə baş çəkmiş və bir neçə əsgəri xidməti yerində fəxri fərman və xatirə hədiyyələri ilə təltif etmişdir.