Cüdo üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda 146 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə qadınıar arasında 48 kq çəki dərəcəsində Məmmədova Şəfəq (QəbələİK), 57 kq çəki dərəcəsində Şahin Leyla (QəbələİK), 63 kq çəki dərəcəsində Axundova Nuriyə (Neftçi İSM), 70 kq çəki dərəcəsində Əlizadə Nərminə (RKİM), kişilər arasında 60 kq çəki dərəcəsində Şahlarov Asif (QəbələİK), 66 kq çəki dərəcəsində Abdullayev Ucal (KK/TT), 73 kq çəki dərəcəsində Qasımov Amil (Cüdo KLUB 2012 İK), 81 kq çəki dərəcəsində Acalov Nicat (Atilla İK), 90 kq çəki dərəcəsində Əliyev Əbülfət (KK/TT), 100 kq çəki dərəcəsində Şükürov Cəlil (Qəbələ İK), +100 kq çəki dərəcəsində Fətiyev Andrey (DİN İC) I yerləri tutmuşlar.
I, II və III yeri tutmuş idnmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.