BAKI ŞƏHƏR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN II SPARTAKİADASI SONA ÇATDI

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə  Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin II spartakiadasının proqramına daxil olan idman növləri üzrə yarışların final oyunları keçirilmişdir.
Keçirilən spartakiada əhalinin mənəvi və fiziki sağlamlığının möhkəmləndirilməsi, əhalinin bütün yaş qruplarının sağlam həyat tərzinə cəlb olunması, idman qurğularından və avadanlıqlarından səmərəli istifadə edilməsi məqsədi ilə həyata keçirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin II spartakiadası 2 mərhələdə keçirilmiş, hər idman növü üzrə iştirakçıların sayı Təşkilat Komitəsi tərəfindən müəyyənləşdirilmişdir. Sentyabr ayında I mərhələdə – rayondaxili yarışlarda qaliblər müəyyən olunmuş, komandalar təşkil olunaraq II mərhələyə – final yarışlarına qatılmışlar.
Spartakiadanın yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən idarənin şöbə müdiri Samid Rzayevin sədrliyi ilə Təşkilat Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən baş idarənin baş məsləhətçisi Salman Əbdülovun rəhbərliyi Baş hakimlər kollegiyası yaradılmışdır. 10 idman növü üzrə keçirilən spartakiada fərdi və komanda yarışlarından ibarət olmuşdur. Belə ki, fərdi yarışlar – qadınlar və kişilər arasında ayrı-ayrılıqda dama, stolüstü tennis, nərd, qaçış, qol güləşi, kişilər arasında bilyard növləri üzrə keçirilmiş, komanda yarışları qadınlar və kişilər arasında ayrı-ayrılıqda kəndirdartma, qadınlar və kişilərdən ibarət güllə atıcılığı və darts, kişilər arasında mini-futbol növləri üzrə keçirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin II spartakiadasında 600-dən çox mədəniyyət işçisi iştirak etmişdir.
II spartakiadanın növlər üzrə yekun nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunmuşlar:

Dama (qadınlar aradında)
I yer – Kərimova Gülçöhrə (Nəsimi rayonu)
II yer – Ərşadlı Elminə (Sabunçu rayonu)
III yer – Məmmədova Günel (Qaradağ rayonu)

Dama (kişilər aradında)
I yer – Hüseynov Fuad (Yasamal rayonu)
II yer – Allahverdiyev Ramal (Yasamal rayonu)
III yer – Əliyev Azad (Xəzər rayonu)

Stolüstü tennis (qadınlar arasında)
I yer – Qarayeva Lalə (Binəqədi rayonu)
II yer – Morduxayeva Renata (Yasamal rayonu)
III yer – Ömərova Diləfruz (Sabunçu rayonu)

Stolüstü tennis (kişilər aradında)
I yer – Heydərov Səxavət (Binəqədi rayonu)
II yer – Cəfərov Mahir (Xəzər rayonu)
III yer – Nəsirov Mirvüqar (Sabunçu rayonu)

Nərd (qadınlar arasında)
I yer – Ağazadə Şəhla (Binəqədi rayonu)
II yer – Əliyeva Zümrüd (Suraxanı rayonu)
III yer – Cəfərova Mətanət (Qaradağ rayonu)

Nərd (kişilər arasında)
I yer – Mir Nazim (Xətai rayonu)
II yer – Yaqubov Tahir (Səbail rayonu)
III yer – Əliyev Əlikram (BŞMTİ)

Qaçış (qadınlar arasında)
I yer – Fətullayeva Məsumə (Xəzər rayonu)
II yer – Səfərova Ülviyyə (Nərimanov rayonu)
III yer – Məmmədova Nigar (Qaradağ rayonu)

Qaçış (kişilər arasında)
I yer – Babayev Rəhim (Xəzər rayonu)
II yer – Təmirov Fariz (Nəsimi rayonu)
III yer – Manafov Elvin (BŞMTİ)

Qol güləşi (qadınlar arasında)
I yer – Xəlilova Gülgün (Sabunçu rayonu)
II yer – Dərvişova Güldanə (Nizami rayonu)
III yer – İsmayılova Samirə (Nəsimi rayonu)

Qol güləşi (kişilər arasında)
I yer – Alnağıyev Anar (Nərimanov rayonu)
II yer – Qasımzadə Şamil (BŞMTİ)
III yer – Məmmədov Elçin (Sabunçu rayonu)

Kəndirdartma (qadınlar arasında)
I yer – Nərimanov rayonu komandası
II yer – Suraxanı rayonu komandası
III yer – Xətai rayonu komandası

Kəndirdartma (kişilər arasında)
I yer – Xəzər rayonu komandası
II yer – BŞMTİ komandası
III yer – Suraxanı rayonu komandası

Bilyard
I yer – Məcidov Ülvü (BŞMTİ)
II yer – Abdullayev Vəlixan (Xəzər rayonu)
III yer – Ömərov İlham (Yasamal rayonu)

Mini-futbol
I yer – Qaradağ rayonu komandası
II yer – Nəsimi rayonu komandası
III yer – Xətai rayonu komandası

Güllə atıcılığı
I yer – Xəzər rayonu komandası
II yer – Suraxanı rayonu komandası
III yer – Nərimanov rayonu komandası
Darts
I yer – Sabunçu rayonu komandası
II yer – Xətai rayonu komandası
III yer – BŞMTİ komandası

II spartakiadanın ümumi komanda hesabında I yeri 17 xalla Xəzər rayonu, II yeri 11 xalla Sabunçu rayonu, III yeri 10 xalla BŞMTİ tutmuşlar.
Yarışların final oyunlarından sonar qaliblərin təntənəli təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini Fidumə Hüseynova və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək iştirakçıları təbrik etmiş, qalibləri müvafiq dərəcəli diplomlar, qiymətli xatirə hədiyyələri və kuboklarla təltif etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir