Tennis üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Tennis Akademiyasının kortunda tennis üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışd 68 nəfər idmançı (onlardan 18 nəfəri qadınlardır) iştirak etmişdir.
Kişilər arasında mübarizədə I yerə Tennis Akademiyası-1, II yerə Tennis Akademiyası-2, III yerə Nəsimi r-nu, qadınlar arasında mübarızədə I yerə Tennis Akademiyası-2, II yerə Binəqədi r-nu, III yerə Tennis Akademiyası-1 komandaları layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, kubok və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir