“Mənim bayrağım” mövzusunda keçirilən şeir və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü” nə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilb. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir, keçirilən tədbirə ev sahibliyi  etdiklərinə görə qürur hissi keçirdyini qeyd edərək. gənclərdə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov öz çıxışında bildirib ki, bayraq gününün əhəmiyyəti hər birimiz üçün hiss edilməlidir və bu müsabiqədə iştirak edən gənclərin hər biri qalibdir..
Daha sonra Prezident Administrasiyası İctimai-siyasi şöbənin məsul işçisi Rasim Mirzəyev, Millət vəkilləri Qənirə Paşayeva, Kamilə Əliyeva və Etibar Hüseynov cıxış edərək bildiriblər ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən keçirilən müsabiqələr gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və elmli gənclərin formalaşmasına zəmin yaradır. Sonda müsabiqənin qalibləri və fərqlənən iştirakçılar mükafatlandırılıb. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Dövlət Bayrağı gününün geniş qeyd edilməsi, gənclərin öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq və istedadlı gəncləri üzə çıxartmaq, yeniyetmə və gənclərdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılmasıdır.
“Mənim bayrağım” mövzusunda keçirilən şeir müsabiqəsinin qalibləri aşağıdakılardır:
I yer – Zeynallı Arzu – Nərimanov rayon 291 saylı orta ümumtəhsil məktəbinin şagirdi
II yer –Quliyeva Rəna – Xətai rayon 27 saylı orta ümumtəhsil məktəbinin şagirdi
III yer – Şərifov Nicat – Suraxanı rayon 318 saylı orta ümumtəhsil məktəbinin şagirdi
“Mənim bayrağım” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.
I yer – Babayev Fərid – Suraxanı rayon 275 saylı orta ümumtəhsil məktəbinin şagirdi
II yer –Nəzərli Günay – Səbail rayon 329 saylı orta ümumtəhsil məktəbinin şagirdi
III yer – Ələkbərli Şamilə – Nərimanov rayon 39 saylı orta ümumtəhsil məktəbinin şagirdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir