Ukraynanın Vinnitsa şəhərində Azərbaycan-Ukrayna gənclərinin “Sərhədsiz gənclər” devizi altında mədəniyyətlərarası dialoq forumu keçirlimişdir.
Ukraynanın Vinnitsa şəhərində Azərbaycan-Ukrayna gənclərinin “Sərhədsiz gənclər” devizi altında mədəniyyətlərarası dialoq forumu keçirlimişdir. Vinnitsa vilayət adminstrasiyasının binasında baş tutan forumun açılış mərasimində çıxış edən Vinnitsa vilayət adminstrasiyasının rəhbərinin birinci müavini Lyubov Spridonova forum iştirakçılarını salamlayaraq, ölkələr arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, iki qardaş ölkə arasında dostluq münasibətlərinin inkişafından gənclərin rolunun vacibliyini vurğulayaraq, forumun işinə uğurlar arzu etmişdir. Rəsmi tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarənin rəisi Raqif Abbasov, səmimi qəbula və forumun yüksək səviyyədə təşkil edilməsinə görə Vinnitsa vilayətinin rəhbərliyinə və forumun təşkilatçılarına dərin minnətdarlıqını bildirmişdir. Raqif Abbasov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ukrayna-Azərbaycan dostluq münasibətlərinin bu gün iki ölkə prezidenti tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayaraq, bu sahədə hər iki ölkə gəncliyinin üzərinə düşən öhdəliklərdən və qarşıda duran əməkdaşlıq proqramlar haqqında öz fikirini bildirmişdir.
Açılış mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfirinin birinci katibi Sübhan Hüseynli, Vinnitsa şəhər merinin müavini Valetina Baletskaya və digər rəsmi şəxslər Azərbaycan və Ukrayna Gənclər və İdaman Nazirliklərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən forumu yüksək qiymətləndirərək, belə tədbirlərin keçirilməsini təqdirə layiq hal kimi dəyərləndirmişlər.
Sonra forum öz işini “Gənclərin aktuall problemlərin həll olunmasında rolu”, “Gənclərin ictmai fəaliyyəti: reallıqlar, imkanlar, prespektivlər” mövzüları üzrə panel müzakirələr və təqdimat formatında davam etmişdir.
Vinnitsa şəhərində Azərbaycan-Ukrayna gənclərinin “Sərhədsiz gənclər” devizi altında keçirilən mədəniyyətlərarası dialoq forumunda iki ölkənin gənclər siyasəti müzakirə edilmiş, müxtəlif mövzülarda panel müzakirələri təşkil olunaraq gələcəkdə Ukrayna və Azərbycan gənclərinin inteqrasiyası, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi o cümlədən gənclərin iştirakı ilə tədbirlə planı hazırlanmışdır. Forumun sonuncu günü tədbirin yekun sənədi qəbul olunmuş və gələcək prioretetlər dəqiqləşdirilmişdir. Forum öz işini Azərbaycan mədəniyyət gecəsi ilə başa vurmuşdur. Azərbaycan mədəniyyət gecəsində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Raqif Abbasov, Vinnitsa vilayət adminstrasiyasının rəhbərinin birinci müavini Lyubov Spridonova, Ukrayna Gənclər İdman Nazirliyinin gənclər şöbəsinin müdiri Olesya Kravçenko forumun təşkilatçılarına öz minnətdarlıqlarını bildirərək, forumun işini yüksək qiymətləndirmişlər. Mədəniyyət gecəsində Milli musiqi, Milli rəqs və Azərbaycan mətbəxi Ukrayna gənclərinə nümayiş edilmişdir. Gənc müğənni Aqşin Abdullayevin ifaları forum iştirakçıları tərəfindən alqışla qarşılanmışdır.
Azərbaycan-Ukrayna gənclərinin “Sərhədsiz gənclər” devizi altında keçirilən mədəniyyətlərarası dialoq forum Azərbaycan və Ukrayna Gənclər və İdman Nazirliklərinin təşəbbüs və təşkilatçılığ ilə baş tutmuşdur.
Forumda Azərbaycan nümayəndə heyətini Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov, “İRƏLİ” İctmai Birliyinin nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov, “Ukrayna Azərbaycanlı Gənclər Birliyinin” sədri Anar Tahirov, Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Məmədbağır Məmmədov və ictima fəal gənclər təmsil etmişdir.