Binəqədi rayon Gənclər və İdman İdarəsi “N” saylı hərbi hissəsində əsgərlərlə görüş keçirdi.
“9 Noyabr-Dövlət Bayrağı Günü” və “12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü” münasibətilə Binəqədi rayon Gənclər və İdman İdarəsivə 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin təşşəbüsü ilə Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiyə Qoşunlarının “N” saylı hərbi hissəsində əsgərlərlə görüş keçirildi.
Tədbirdən əvvəl Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.
İlk öncə çıxış edən hərbi hissənin şəxsi heyətlə iş üzrə bölməsinin rəisi polkovnik-leytenant Zabil Əliyev gələn qonaqları salamladı və Azərbaycan bayrağının tarixindən danışaraq qeyd etdi ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir.O, xüsusilə vurğuladı ki, bayrağımıza hörmət, ehtiram, sevgi və qayğı hər bir gəncin, hər bir vətəndaşın borcudur.
Tədbirdə çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov əlamətdar gün “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək dövlətimizin bayrağının daim yüksəklərdə dalğalanmasını arzu etdi.Bundan əlavə, o, müstəqil Azərbaycanın əsas qanunu “12 Noyabr – Azərbaycan Respublikası Konstitusiyası Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu əlamətdar günlərin Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bəxş etdiyi tarixi xidmətlərdən biri olduğunu vurğuladı.
Rəsmi hissənin ardınca baş tutan bədii hissədə Binəqədi rayonu 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Bədii qiraət” dərnəyinin üzvləri Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, dövlətçilik, Vətən və üşrəngli bayrağımıza həsr olunmuş şeirlər səsləndirdilər.
Daha sonra tədbir 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin konsert proqramı ilə davam etdi.