17 saylı Cəzaçəkmə müəssisəsində şahmat üzrə turnir və məhbusların əl işlərindən ibarət müsabiqə keçirilmişdir.
Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən 17 saylı Cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyinin yaranmasının 95 illiyinə həsr olunmuş şahmat üzrə turnir və məhbusların əl işlərindən ibarət müsabiqə keçirilmişdir. Tədbirdə 17 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyi, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Texniki Yaradıcılıq Mərkəzinin direktor müavini Rafiq Rəhimov,rəssam Cabarov Firuz iştirak etmişlər. Yekun nəticələrə görə şahmat üzrə turnirdə I yeri Həsənov İsmayıl, II yeri Mirzəyev Ayxan, III yeri Qasımov Qalib, əl işlərində müsabiqədə isəI yeri Məmmədov Camal, II yeri Sinisin Oleq, III yeri Əsədov Elşad tutmuşlar. Qaliblər idarə tərəfindən mükafatlandırılmışlar.