Tələbələr arasında bilik yarışması keçirilmişdir

20 noyabr 2013-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunda tələbələrin iştirakı ilə bilik yarışması keçirilmişdir. Yarışmada 10 komanda iştirak etmişdir. Tədbirdə Müəllimlər İnstitutunun prorektoru Rəşad Sadıqov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov tədbir iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışlar.Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçmiş, verilən suallar məntiq, dünya görüşü əhatə etmişdir. Sonda qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir