İCRA HAKİMİYYƏTİNDƏ ŞAHMATÇILARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR

 Nərimanov Rayon İcra Hakimiyyətində Məktəb-Lisey Kompleksinin şahmat üzrə komanda üzvləri ilə görüş keçirilmişdir.
Məktəb-Lisey Kompleksinin komandası oktyabr ayında keçirilən Nərimanov rayon məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan şahmat növü üzrə yarışda 20 komanda arasında I yeri tutmuş, noyabr ayında keçirilən Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan şahmat növü üzrə yarışda da rayonu yüksək səviyyədə təmsil edərək, yarışın qalibi olmuşlar.
Bununla əlaqədar olaraq təşkil olunmuş görüşdə komandanın üzvləri və müəllim-məşqçisi Əbilfəz Məmmədov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif olmuşlar.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir