Sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.
04-05 dekabr 2013-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda Neftçi İSM, DİN İC, 6 №-li UGGİM, Gömrükçü İC, Pəhləvan İK, Sərhədçi İK, Turan İK, 1 №-li RİOEUGİM, Lokomotiv İSM, Spartak KBTİCRŞ, Azəri İK, X.Cəfərov ad. G.K -nı təmsil edən 168 idmançı mübarizə aparmışdır.
Çempionatda sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində Fərid İsmayılov (Lokomativ), 60 kq çəki dərəcəsində Nicat Muradov (Neftçi İSM), 66 kq çəki dərəcəsində Əlisa Abbasov (Lokomotiv), 74 kq çəki dərəcəsidə Aqil Əsgərov (Turan), 84 kq çəki dərəcəsində Elmar İsmayılov (Gömrükçü), 96 kq çəki dərəcəsində Rəşad Əsgərov DİN İC, 120 kq çəki dərəcəsində İlham Abidov (Neftçi İSM), yunan-roma güləşi üzrə 55 kq çəki dərəcəsində Elşən Hüseynov (Neftçi İSM), 60 kq çəki dərəcəsində Səid balabəyov (Neftçi İSM), 66 kq çəki dərəcəsində Ceyhun Quluzadə (Neftçi İSM), 74 kq çəki dərəcəsində Nurlan Quliyev (DİN İC), 84 kq çəki dərəcəsində Samran Nəsibov (Gömrükçü), 96 kq çəki dərəcəsində Sultan İsmayılov (MOİK), 120 kq çəki dərəcəsində Röyal Mirzəyev (Spartak) I yerlərə layiq görülmüşlər.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.