“Xalqa bağışlanan ömür “ mövzusunda şeir müsabiqəsi kecirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş idarəsi , Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bu gün Suraxanı rayon İcra Hakimiyyətinin akt zalinda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Xalqa bağışlanan ömür “ mövzusunda rayon orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında şeir müsabiqəsi kecirilmişdir. Musabiqədə 34 məktəb iştirak etmişdir .
Nəticələrə görə I yerə Bağirova Fəridə (104 saylı tam orta məktəb), II yerə Vahabzadə Ayla (290 saylı tam orta məktəb), III yerə isə Hümbətova Rəviyə ( 282 saylı tam orta məktəb) layiq görülmüşlər.
I, II, III yerləri tutmuş və fəqlənən məktəblilər Baş İdarə tərəfindəmn müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.