Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şagan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur. 2002-2003- cü il təvəllüdlülər arasında 10 çəki üzrə 508 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə oğlanlar arasında 24 kq çəki dərəcəsində Abdullayev Təyyub (Qəbələ İK), 27 kq çəki dərəcəsində Vəliyev Nicat (Qəbələ İK), 30 kq çəki dərəcəsində Mustafayev Mehdi (EVO İK), 34kq çəki dərəcəsində Məmmədli Nicat (11 saylı UGİM), 38 kq çəki dərəcəsində Ümidli Çingiz (Cüdo 2012 İK), 42 kq çəki dərəcəsində Ovçuyev Binnət (Neftçi İSM), 46 kq çəki dərəcəsində Rzazadə Mətin (QəbələİK), 50 kq çəki dərəcəsində Əhmədov Məhəmməd (Cüdo 2012 İK), 55 kq çəki dərəcəsində Bayramlı Əliheydər (13 saylı UGİM), +55 kq çəki dərəcəsində Məmmədov Hüseyn (Təhsil RİM), qızlar arasında isə 25 kq çəki dərəcəsində Bəşirova Gülşən (Qəbələ İk), 28 kq çəki dərəcəsində Abbasova Lətifə (13 saylı UGİM), 36 kq çəki dərəcəsində Orucova Ceyran (Şahin İK), 44 kq çəki dərəcəsində Hüseynova Şəfiqə (13 saylı UGİM), 52 kq çəki dərəcəsində Cəfərova Aynur (13 saylı UGİM), 32 kq çəki dərəcəsində Qədirova Səbinə (Neftçi İSM), 40 kq çəki dərəcəsində Məmmədova Zeynəb (Qəbələ İK), 48 kq çəki dərəcəsində Kərimova Əfsanə (Turan İK), +52 kq çəki dərəcəsində Nəbiyeva Sənubər (Təhsil RİM) I yerlərə layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.