Şahmat yarışlarından əvvəl Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında yanvar ayında keçirləcək şahmat yarışlarında Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.

Xatırladaq ki, Azərbaycan şahmatının tanınmış simalarından olan qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən dünyasını dəyişib.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir