Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Neftçi İSM, Təhsil RİM, Spartak İC, BTİ, Atletika İK və Ümid İK-nı təmsil edən 116 nəfər idmançı iştirak etmişdir . Kişilər arasında üçtəkanla tullanmada İbadullayev Murad (Neftçi İSM), 400 m məsafədə Məmmədov Fərid (Ümid İK), şüvüllə tullanmada Əlizadə Şimşək (Ümid İK), 800 m məsafədə Novruzov Vüqar (Neftçi İSM), 300o m məsafədə Bağırov Faiq (Təhsil RİM), uzunluğa tullanmada İbadullayev Murad (Neftçi İSM), yadro növü üzrə Məmmədov Tofiq (Təhsil RİM), 200 m məsafədə Əsgərov Kamran (BTİ), 1500 m məsafədə Ramazanov Orxan (Neftçi İSM), 60 m məsafədə Buliçev Valentin (Neftçi İSM), 60 m məsafəyə sədlərlə qaçış Burdakov Vladislav (Ümid İK), qadınlar arasında isə 1500 m məsafədə Rəcəbli Rəqsanə (BTİ), üçtəkanla tullanmada Breus Kira (BTİ), 400 m məsafədəMəmmədli Adilə (Spartak İC), 60 m məsafədə Balyanina Valeriya (Spartak İC), 60 m məsafədə sədlərlə Sokolova Yekatrina (BTİ-Ümid), hündürlüyə tullanmada Beryukova Aleksandra (BTİ), yadro növü üzrə Ələsgərova Elnarə (Təhsil RİM), uzunluğa tullanmada Breus Kira (BTİ), 3000 m məsafədə Rəcəbli Rəqsanə (BTİ), 800 m məsafədə Əmiraslanova Özləm (Təhsil RİM), 200 m məsafədə Pextiriyeva Yelena (Atl-BTİ), hündürlüyə tullanmada Beryukova Aleksandra (BTİ) I yerlərə layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.