20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mahir nişançı” adlı güllə atıcılığı birinciliyi keçirilmişdir.
Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və onları ordu sıralarına hazırlamaq məqsədilə 126 saylı tam orta məktəbin atıcılıq tirində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mahir nişançı” adlı güllə atıcılığı birinciliyi keçirilmişdir.Birincilikdə tərkibində 4 oğlan 2 qız olmaqla 96 nəfər 10-11 sinif şagirdləri iştirak etmişdir. Birincilikdə 126 saylı tam orta məktəbin komandası I yer, 244 saylı tam orta məktəbin komandası II yer, 83 saylı məktəb-liseyin komandası III yerə layiq görülmüşdür. Qalib gəlmiş komandalar Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilmişdir.