20 yanvar faciəsinin XXIV ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Gəncliyə Yardım Fondunda 20 yanvar faciəsinin XXIV ildönümünə həsr olunmuş  konfrans və “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi   keçirilmişdir.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun katibi Sedat Demir, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, millət vəkili Kəmalə Əliyeva, QHT-nın nümayəndələri, tələbələr və orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.  Mərasimdə 20 Yanvar faciəsinin tariximizin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsinin olduğu bildirilmiş, qeyd olunmuşdur ki, həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilmişdir. Diqqətə çatdırılmışdır ki, bu qanlı hadisəyə ilk dəfə olaraq hüquqi və siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir

  Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.

    I yerə Mehdiyeva Vəsilə (Səbail rayon 6 saylı orta məktəb), II yerə Namazova Gülər (Sabunçu rayon 107 saylı orta məktəb), III yerə Abdullayeva Kəmalə (Nizami rayon 207 saylı orta məktəb), fərqlənmiş yerlərə isə Nəzərova Günay (Səbail rayon 329 saylı orta məktəb), Qasımova Nazpəri (Nəsimi rayon 1 saylı orta məktəb), Əhmədli Gülbahar (Yasamal rayon 286 saylı orta məktəb), Qarazadə Rəmziyyə (Nərimanovi rayon Ankara məktəbi), Fərhadova Nərmin (Binəqədi rayon 300 saylı orta məktəb), Əzizli Mülayim (Qaradağ rayon 166 saylı orta məktəb), Cabbarlı Pərvin (Suraxanı rayon 114 saylı orta məktəb), Sultanova Aygül (Xətai rayon 138 saylı orta məktəb), Tağıyeva Xanım (Xəzər rayon 185 saylı orta məktəb) layiq görüldülər.
I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir