20 yanvar faciəsinin XXIV ildönümünə həsr olunmuş sərgi keçirilmişdir
Bakı şəıhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında 20 yanvar faciəsinin XXIV ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda sərgi keçirilmişdir.
Tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər. Sərgidə 70-dən çox rəsm əsərlərii nümayiş etdirilmışdır. Nümayiş etdirilən 70 əsər, əsasən, qrafik janrda, müxtəlif texnikalarda işlənmişdir. Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və sair materiallardan məharətlə istifadə edərək 20 yanvar faciəsinin real görüntülərini yaratmışlar. Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən rəsm müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.
I yerə Nagıyeva Nigar (Yasamal rayonu), II yerə Quliyeva Zəhra (Xəzər rayonu), III yerə Budaqova Günay (Səbail rayonu) layiq görüldülər.
I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.