BŞGİBİ rəisi Raqif Abbasov 2 fevral Gənclər gününə həsr olunmuş “Sabaha dogru” tok-şousunda iştirak etmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov Az.TV -də yayımlanan “Sabaha doğru” tok -şousunda iştirak etmişdir. R.Abbasov Azərbaycan gəncliyi üçün Baş İdarə tərəfindən görülən işlərdən, Azərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramının icrasından danişmiş, daha sonra idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini və idmançıları “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir. Proqram 31 yanvar saat 19.10-da Az.TV-də yayımlanacaqdır.