Sabunçu rayonunda Gənclər Günü qeyd olundu.

  Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Gənclər Günü münasibətilə Bakıxanov qəsəbəsinin “Çinarlı” şadlıq evində “Nailiyyətlər və perspektivlər” adlı tədbir keçirildi. Tədbirdə Sabunçu  RİH-nin başçısı Arzu Məmmədov, Baş İdarənin rəisi Raqif Abbasov, YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu RGİİ-nin rəisi Rakif Əliyev çıxış edərək dövlətimizin qayğıdan, Sabunçu rayonu gənclərinin qurub yaratmaq əzmindən ətraflı bəhs etdilər.

   Tədbirin sonunda bir qrup fəal gəncə müxtəlif nominasiyalar üzrə fəxri fərman, diplom və hədiyyələr təqdim olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir