Boulinq üzrə yarış keçirilmişdir

Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Tələbə Gənclər Təşkilatları arasında  Gənclər Gününə həsr olunmuş boulinq üzrə yarış keçirilmişdir. Nəticələrə görə I yerə Dövlət İdarəçilik Akademiyası, II yerə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, III yerə Bakı Biznes Universiteti layiq görülmüşdür. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir