Vado-ryu karate-do üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şüa İdman Sağlamlıq Kompleksində vado-ryu karate- do üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Yarışda Şəki, Ağdaş, Sumqayıt və paytaxt klubları, o cümlədən “Şotokan” İK, “Qasaraki” İK, “Fennix” İK, “Qafqaz” İK, “Neftçi” İSM, “Sərhədçi” İK, “Fərasət” İK, “Azərikan-Bakı” İK, “Azərikan-Sumqayıt” İK, “Xətai” İK, “Cəngavər” İK, “Qaraqaplan” İK komandalarını təmsil edən 257 nəfər idmançı iştirak etmişdir. İdmançılar 3 yaş qrupu (uşaqlar, yeniyetmələr, gənclər) və 8 çəki dərəcələri üzrə mübarizə aparmışdır.

   Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

One thought on “Vado-ryu karate-do üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir