Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Qış Universitetinin qonağı olub
“Gənc və liderlik” mövzusunda keçirilən panel komandaların yarışı ilə başlayıb.
Proqram çərçivəsində birinci mərhələdə hər bir komandaya 10 sualdan ibarət test paylanılıb və müəyyən olunmuş vaxt ərzində komandalar ünvanlanmış sualları cavablandırıblar.
İkinci mərhələdə natiqlik qabiliyyətinin artırılması ilə bağlı “Birlik” komandasına – “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Etimad” komandasına “Xocalı soyqırımı”, “İnkişaf” komandasına “I Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi, tanıtım-təbliğat”, “Tərəqqi” komandasına “Novruz bayramı – ənənələr və millilik” və “Uğur” komandasına “AİDS və Narkomaniya ilə mübarizədə gənclərin rolu, təklif və maarifləndirmə” mövzuları təqdim olunub və qeyd olunan mövzular ətrafında komandalar öz çıxışlarını nümayiş etdiriblər.
Üçüncü mərhələdə isə komandalara “Azərbaycanı təmsil et” mövzusu təqdim olunub və iştirakçılar mövzu ilə bağlı rəsm çəkiblər.
Yarışların nəticəsi olaraq test suallarına görə “Etimad”, natiqliq qabiliyyətinə görə “Tərəqqi”, Azərbaycanı təmsil etmə üzrə “İnkişaf”, ən yaxşı suala görə “Birlik” və nizam-intizama görə “Uğur” komandası qalib gəlib və kubokla mükafatlandırılıblar.
Raqif Abbasov qeyd edib ki, bu gün gənclər istər paytaxtda, istər əyalətdə, istər ölkə hüdudlarından kənarda beynəlxalq əlaqələrdə, ikitərəfli əməkdaşlıqda, dövlət gənclər siyasətinin təbliğində, hərbi-vətənpərvərlik sahəsində yetərincə aktivdirlər və öz fəaliyyətlərində bunu sübut edirlər.
Raqif Abbasovun sözlərinə görə “İRƏLİ” keçirdiyi layihələri ilə bir daha göstərir ki, öz ətrafında kreativ düşüncəli, azərbaycançılıq ideyasına sadiq gəncləri birləşdirə bilib.