Heydər Əliyev Mərkəzinə ekskursiya

    Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərin vətənə məhəbbət, xalqın tarixinə hörmət və ehtiram ruhunda tərbiyə olunması və Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə bir qrup gəncin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.

  Ekskursiya iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşı iştirakçılara qeyri-adı, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildiribki, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

  Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.

    İştirakçılar sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olmuşlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri ziyarətçilərdə böyük təəssürat oyatmışdır.

     Ekskursiya iştirakçıları Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center) dünya premyerası keçirilmiş “Kosmosa səyahət” sərgisində olmuşlar. Bildirilib ki, “Kosmosa Səyahət” sərgisi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunub. İştirakçılar ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Sovet İttifaqı tərəfindən yaradılmış ən müxtəlif kosmik gəmilərin və kosmik texnologiyaların eksponatları ilə tanış olaraq müxtəlif raket tipləri, çoxistifadəli kosmik gəmilərin fəaliyyəti, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri, kosmosda qida məhsulları, meteoritlər və Azərbaycanın ilk süni peyki olan  “Azərspace-1”-in  orbitə çıxarmasından bəhs edən video və foto mateiallarla və eləcə də onların bir çoxlarının orijinal maketləri ilə yaxından tanış olmuşlar. İştirakçılara kosmik texnologiyaların inkişaf tarixi haqda geniş məlumat  verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir