Kahramanmaraş şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmişdir.
Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmişdir. Bu turnirdə Türkiyə, Gürcüstan, Moldova, Qırğızıstan, Rumıniya, İran, Ukrayna, Bolqarıstan, Rusiya Federasiyasının İnquşetiya, Çeçenistan, Dağıstan, Kabardin- Balkar terpublikaları ilə yanaşı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası da iştirak etmişdir. Yarışın ilk günü idmançılarımız uğurla çıxış edərək yüksək nəticələr əldə etmişlər. 55 kq çəki dərəcəsində Məmmədhüseyn Həsənov I yeri, 60 kq çəki dərəcəsində Ural Hüseynov II yeri, Ramin Kərimli III yeri tutmuşdur. Beynəlxalq turnirin ikinci günü isə Kahrmanmaraş vilayətinin Elbistan şəhərində keçirilmişdir. Nəticələrə görə 60 kq çəki dərəcəsində Ural Hüseynov I yerə, 55 kq çəki dərəcəsində Cabbar Əliyev II yerə, III yerə isə 60 kq çəki dərəcəsində Ramin Kərimli, 84 kq çəki dərəcəsində Zaur Ələkbərov, 96 kq çəki dərəcəsində Allahşükür Fərzəliyev layiq görülmüş, komanda hesabında isə Bakı yığma komandası 71 xal toplayaraq III yeri tutmuşdur.