XXVI SPARTAKİADANIN VOLEYBOL (QIZLAR) YARIŞI BAŞA ÇATDI

  18 fevral 2014-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan voleybol (qızlar arasında) növü üzrə yarışın final oyunları keçirilmişdir.
Yarışın nəticəsinə görə I yeri Xətai rayonu 138 nömrəli tam orta məktəbin komandası, II yeri Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası, III yeri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin komandası, IV yeri Nizami rayonu 10 nömrəli tam orta məktəbin komandası, V yeri Nəsimi rayonu 8 nömrəli tam orta məktəbin komandası, VI yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, VII yeri Xəzər rayonu 149 nömrəli tam orta məktəbin komandası, VIII yeri Qaradağ rayonu 288 nömrəli tam orta məktəbin komandası, IX yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, X-XI yerləri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin və Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin komandaları tutmuşlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis və voleybol (qızlar) növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 11 xalla I yeri, Nizami rayonu 16 xalla II yeri, Qaradağ rayonu 18 xalla III yeri, Səbail rayonu 19 xalla IV yeri, Sabunçu rayonu 21 xalla V yeri, Xətai rayonu 23 xalla VI yeri, Xəzər rayonu 25 xalla VII yeri, Suraxanı rayonu 27 xalla VIII yeri, Yasamal rayonu 35 xalla IX yeri, Nəsimi rayonu 43 xalla X yeri və Binəqədi rayonu 46 xalla XI yeri tutur.
Qaliblərimizi təbrik edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir