“Xocalı qan yaddaşımız”
Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 №li tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında26 Fevral-Xocalı Soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımız” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd 26 fevral-Xocalı Soyqırımı gününün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrininvətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə hörmət ruhunda tərbiyə olunması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması və istedadlı şagirdlərin inşa yazı sahəsindəqabiliyyətlərinin inkişaf etdirmələri üçün əlverişli şəraitin yaradılmasıdır.
Tədbirdə məktəbin direktoru texniki elmlər namizədi Nizami Novruzov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Elvin Orucov və Ülviyyə Usubova iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru N.Novruzov bildirmişdir ki, Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımımüasir Azərbaycan tarixinin ən qanlı səhifəsini təşkil edir. Bu faciənin məktəblilər arasında qeyd edilməsi onlarda tarixi yaddaşın möhkəmləndirilməsi nöqteyi nəzərindən böyük rol oynayır.
Sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı E.Orucov qeyd etdi ki, əslində, Xocalı faciəsi təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş bir soyqırımdır. Dövlətimiz tərəfindən Xocalı soyqırımını dünyaya tanıtmaq istiqamətində əhəmiyyətli addımların atıldığını qeyd edən İdarə əməkdaşı daha sonra müsabiqənin keçirilmə şərtləri ilə iştirakçıları tanış etdi və onlara uğurlar arzuladı.
Müsabiqədə ümumilikdə 64 nəfər şagird iştirak edirdi. 13:00-da başlanan müsabiqə 1,5 saat davam etdi. Müsabiqənin nəticələrinə görə 283 № li tam orta məktəbin şagirdi Şamilli Əfsanə Vahid qızı I yerə, 313 № li tam orta məktəbin şagirdi Hacıyeva Ləman Mürvət qızı II yerə, 3 № li tam orta məktəbin şagirdi Hüseynli Nurtən Nəsib qızı isə III yerə layiq görülmüşdür.