SƏBAİL–1 KOMANDASI ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR KOMANDA ÇEMPİONATININ QALİBİ OLDU
VII turun nəticələri:
Nəsimi-1 — T.İsmayılov ad. UGYS 3,5 – 1,5
Səbail-2 — Səbail-1 1,5 – 3,5
RİOEUGŞM — Nəsimi-2 4 – 1
HRŞDK — Binəqədi 2 – 3
7 turdan ibarət dairəvi sistem üzrə keçirilən yarışın yekun nəticəsinə görə Səbail-1 komandası 14 (26,5) xalla I yeri, Nəsimi-1 komandası 11 (23,5) xalla II yeri, RİOEUGŞM komandası 9 (20) xalla III yeri, Binəqədi komandası 8 (18) xalla IV yeri, T.İsmayılov ad. UGYS komandası 7 (17,5) xalla V yeri, Səbail-2 komandası 4 (13,5) xalla VI yeri, HRŞDK komandası 2 (10,5) xalla VII yeri və Nəsimi-2 komandası 1 (10,5) xalla VIII yeri tutmuşlar.
I yerləri I lövhə üzrə 5 xalla Feyzullayev Tofiq (Binəqədi), II lövhə üzrə 6,5 xalla Əsədli Vüqar (Səbail-1), III lövhə üzrə 6,5 xalla Mustafin Andrey (Səbail-1), IV lövhə üzrə 5,5 xalla Mikayıl Zadə Aslan (T.İsmayılov ad. UGYS) və V lövhə üzrə 5,5 xalla Manafov Vüqar (Nəsimi-1) tutmuşlar.
Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və 2 №-li UGŞİM-nin direktor müavini Ələkbər Məmmədov çıxış edərək şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən bu tipli yarışların böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, qalibləri təbrik etmişlər.
Sonda qalib komandaların üzvləri, həmçinin lövhələr üzrə I yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.