Xocalı soyqırımının XXII ildönümünə həsr olunmuş tədbir keçirildi.
25 fevral 2014-ci il tarixdə Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının XXII ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, gənclərin iştirakı ilı toplanti və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirildi.
İlk öncə gənc rəssamların sərgisinə baxış keçirilidikdən sonra, beynəlxalq təşkilatların e-mall ünvanlarına Xocalı soyqırımını əks etdirən tam məlumatlar göndərildi.
Tədbir açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndi.Xocalı soyqırımını əks etdirən video rolik tədbir iştirakçılarına göstərildi.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, vitse prezidenti Salman Əliyev, “Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin nümayəndəsi, şairə İmarət Cəmilli çıxış etdilər.
Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğuladılar.
Tədbirin sonunda orta məktəb şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazi müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırıldılar. I yerə Nəsimi rayonu 211 saylı orta məktəbin X sinif şagirdi Mirzəyev Nurlan, II yerə Xətai rayonu 221 saylı orta məktəbin VIII sinif şagirdi Babayev İbrahim, III yerə isə Xətai rayonu 29 saylı orta məktəbin VII sinif şagirdi Kərimova Aytəkin layiq görüldülər, onalara diplom və hədiyyələr təqdim etdilər. Digər iştirakçılara isə (Hacıyeva Ləman-Binəqədi rayonu 313 saylı orta məktəb, İbadova Fatimə -Qaradağ rayonu 274 saylı orta məktəb, Ağayeva Günel-Xətai rayonu 95 saylı orta məktəb, Əliyeva Aysel -Suraxanı rayonu 104 saylı orta məktəb, Rayeva Nuranə -Sabunçu rayonu 81 saylı orta məktəb, Qafarova Samirə -Xəzər rayonu 149 saylı orta məktəb, Tanrıverdiyeva Cəmilə -Nərimanov rayonu 37 saylı orta məktəb, Cəbrayılova Fidan -Yasamal rayonu 286 saylı orta məktəb) həvəsləndirici diplomlar və hədiyyələr təqdim edildi.