Nizami rayon Gənclər və İdman İdarəsi 26 fevral – Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirmişdir
Nizami rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən 220 sayli məktəb – liseydə 26 fevral – Xocalı Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş “Mahir atici” devizli güllə aticılığı növü üzrə rayon turniri keçirildi.. Keçirilən turnirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edildi.
Sonra tədbiri açiq elan edən Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev Xocalının ildə bir dəfə deyil, il boyu anılmasını və dünya ictimaiyyətinin diqqətində saxlanılmasının vacibliyini vurğuladı. Tədbirin keçirilməsində məqsədin XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırım qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərmək, güllə aticılığı üzrə idman növünü geniş təbliğ etməkdən ibarət olduğunu qeyd etdi.
Yarışda tərkiblərində 120 iştirakçı olmaqla 24 komanda iştirak etmişdir. Yekun nəticələrə görə I yerə 227 saylı tam orta məktəbin komandasi, II yerə “Zəngi” liseyinin komandası, III yerə isə 229 saylı tam orta məktəbin komandası layiq görülmüşdür.
I, II və III yeri tutmuş komandalar Nizami rayon Gənclər və Idman Idarəsi tərəfindən kubok, medal və diplomlarla təltif edilmişdir.