Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı «Mahir nişançı» devizi altında güllə atıcılığı üzrə yarış keçirilib.
Səbail rayon rayon Gənclər və İdman İdarəsi rayon məktəbləri arasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı «Mahir nişançı» devizi altında güllə atıcılığı üzrə yarış keçirilib. Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak edib. Tərkibi 5 nəfərdən – 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxıb və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərin 5 dəfə atəş açmışlar. Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən ediblər.
Atıcılıq yarışlarının final turniri Dövlət Bədən Tərbi1yəsi və İdman Akademiyasında keçirilib. Finala vəsiqə qazanan 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətldərini göstəriblər.