Kişilər arasında şahmat üzrə rayon turniri keçirilmişdir

 

     Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən “5 mart Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş Şağan Olimpiya İdman Kompleksində kişilər arasında şahmat üzrə rayon turniri keçirilmişdir. Turnirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əhmədov iştirak etmişdir. Yarışda ümumilikdə 24 şahmatçı öz qüvvəsini sınamışdır. Yekun nəticələrə görə I yeri Durney Anton, II yeri Qarayev Əli, III yeri Cəfərov Mehman tutmuşdur.  Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən yarışın qaliblərinə diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir