Kollektivlər arasında “Voleybol” çempionatı
“05 Mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə kollektivlər arasında “Voleybol” çempionatıkeçirilmişdir. Çempionatda 6 komanda iştirak etmişdir. Çempionatın nəticəsinə əsasən M.Ə.Rəsulzadə qəsəbə komandası I yerə, Biləcəri qəsəbə komandası II yerə, 7-ci mikrorayon komandası III yerə layiq görülmüşdür. Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsinin xatirə hədiyyələri və diplomları ilə mükafatlandırılmışdır.