05 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş kross növü üzrə yarış keçirilmişdir.
220 saylı məktəb-liseyin meydançasında “05 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Nizami rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Kross” növü üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 23 tam orta məktəbinin tərkibində 230 nəfər (115 qız və 115 oğlan) şagird iştirak etmişdir. Qaliblər və fərqlənmiş iştirakçılar Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşdurlar.
Yarışın keçirilməsində məqsəd “05 mart – Bədən Tərbiyəsi və İdman Günü”nün rayon ərazisində geniş qeyd edilməsi, həmçinin idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsidir.