Tbilisi şəhərində Kunq-fu Sanda üzrə Avrasiya çempionatı keçirilmişdir.
Gürcüstanın Tbilisi şəhərində Kunq-fu Sanda üzrə Avrasiya çempionatı keçirilmişdir. Bu yarışda Gürcüstan, İran,İraq, Türkiyə, Türkmənistan və s ölkələrlə ilə yanaşı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Azərbaycan idmançıları da iştirak etmişdir. Neftçi İK –nun baş məşqçisi Zahid Vəliyevin rəhbərliyi altında idmançılarımız yüksək nəticələr əldə etmişlər. Azərbaycanı təmsil edən idmançılarımız arasında Rafət Əsədov ( +90 kq cəki dərəcəsində) Gürcüstan idmançısı , 4 qat dünya çempionu Şota Bendalidze ilə finalda yarışaraq I yerə, Ruslan Nəzərov isə II yerə layiq görülmüşdür. Aşagı çəki dərəcəsində isə Samir Salmanov, İlkin Qurbanov I yerə , Ruzi Vəliyev isə II yerə çıxmışdır.